İzzət Bağırovun həyatında baş verən möcüzə...

"Həmin gün möcüzə baş verdi".

Bu sözləri Metbuat.az-a açıqlamasında müğənni İzzət Bağırov deyib. O qeyd edib ki, daha açıq havada konsert verməcəyəcək:

“Bu il konsertimi qapalı məkanda, ya Heydər Əliyev Sarayında, ya da Opera və Balet Teatrında təşkil edəcəyəm. Keçən dəfə Yaşıl Teatrda keçirdiyim konsertdən bir gün əvvəl hava dəhşətli dərəcədə soyumuşdu. Bəziləri sevinirdi ki, İzzət pis günə qaldı, konserti olmayacaq. Amma möcüzə baş verdi və konsert günü hava günəşli oldu. Bu il artıq riskə getməyib, konsertimi qapalı məkanda edəcəyəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR