“Türkiyə və ABŞ-a xəbər verdik” – Moskvadan növbəti GÜC NÜMAYİŞİ

“Türkiyə və ABŞ-a xəbər verdik” – Moskvadan növbəti GÜC NÜMAYİŞİ
11:03 31 May 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya “Admiral Essen” freqatı və “Krasnodar" sualtı qayığından “Kalibr” qanadlı raketlərlə İŞİD-in Palmira ərazisindəki obyektlərinə zərbələr endirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi bildirib.

Raketlər Aralıq dənizinin şərq hissəsindən atılıb. Atılan hər dörd raket hədəfləri müvəffəqiyyətlə vurub. Məlumata görə, İŞİD-in Rakkadan çıxarılan ağır texnika və döyüşçüləri Palmiradan şərqdə toplanırdı.

İdarədə bildirilib ki, raket zərbələri barədə ABŞ, Türkiyə və İsrailin hərbi komandanlığı məlumatlandırılıb. Həmçinin, Rusiyanın müdafiə naziri Sergey Şoyqu müvəffəqiyyətli raket zərbələri barədə prezident Vladimir Putinə məlumat verib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR