Zakir Nuriyev: "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi problemləri aradan qaldıracaq"

Zakir Nuriyev: "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi problemləri aradan qaldıracaq"
11:07 31 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsinin qəbulu Azərbaycanda bu sahədə mövcud olan problemləri aradan qaldıracaq.
"Report"un məlumatına görə, bunu bu gün Bakıda "Daşınar əmlakın yüklülüyü islahatı: nailiyyət və çağırışlar" mövzusunda keçirilən regional konfransda Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, daşınar əmlakın yüklülüyü sahəsində qanunvericilik bazasnın formalaşdırılması ölkədə orta sinifə aid təqəbənin genişlənməsinə, dayanıqlı iqtisadi artımın təmin olunmasına, özəl sektorun inkişafına gətirib çıxaracaq.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/zakir-nuriyev-dasinar-emlakin-yukluluyu-haqqinda-qanun-layihesi-problemleri-aradan-qaldiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR