Dünyanın ən bahalı klubu: nə "Real", nə "Barselona"

Dünyanın ən bahalı klubu: nə "Real", nə "Barselona"
11:17 31 May 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Dünyanın ən bahalı futbol klubunun adı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, KPMG kompaniyasının versiyasına əsasən, "Mançester Yunayted" bütün rəqiblərini qabaqlayıb.

"Mankunianlar"ın dəyəri 3,186 milyard avrodu. Bununla da, Premyer Liqa təmsilçisi İspaniyanın "Real" və "Barselona" klublarını geridə qoyub. Belə ki, ikinci pillədə qərarlaşan "Real"da bu göstərici 3,057 milyard, üçüncü yerin sahibi "Barselona"da isə 2,8 milyard avroya bərabərdi.

"10-luq"da növbəti pillələri bu klublar tutublar: "Bavariya" (2,5 milyard), "Mançester Siti" (2,04), "Arsenal" (2,02), "Çelsi" (1,7), "Liverpul" (1,4), "Yuventus" (1,3) və "Tottenhem" (1,04).
 
Qeyd edək ki, futbol tarixi ərzində ən bahalı transferi məhz "Mançester Yunayted" həyata keçirib. İngiltərə klubu ötən yay Pol Poqbanı "Yuventus"dan 105 milyon avroya alıb.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR