Milli Məclisin plenar iclası başladı

Bu gün Milli Məclisin yaz sessiyasının son plenar iclası keçiriləcək. İclasda 38 məsələ müzakirəyə çıxarılacaq.

Bu barədə Metbuat.az-a açqılama verən millət vəkili Aydın Mirzəzadə bildirib ki, plenar iclasda bir çox məsələ müzakirə olunacaq. Amma günün əsas məsələsi 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi olacaq.

Qeyd edək ki, iclasda Azərbaycanla bir sıra ölkələr arasında imzalanmış sənədlərin təsdiqi, Cinayət Məcəlləsinə, Vergilər Məcəlləsinə, Əmək Məcəlləsinə, "Uşaq hüquqları haqqında", "İşsizlikdən sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" və digər qanunlara əlavə və dəyişikliklər olmaqla 41 məsələ müzakirəyə çıxarılacaq.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR