FETÖ adı ilə dələduzluq edənlər də varmış: 2 polis saxlanılıb

FETÖ adı ilə dələduzluq edənlər də varmış: 2 polis saxlanılıb
11:28 31 May 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin paytaxtı Ankarada baş verən əməliyyatlarda iki polis məmuru saxlanılıb.

Publika.az xəbər veri ki, A.D. və R.M adlı polislər FETÖ təhdidi ilə iş adamlarının birindən 1 milyon dollar istəyiblər. İş adamının müraciəti ilə mütəşəkkil cinayətlər üzrə polis briqadası əməliyyat başladıb.

"FETÖ ilə əlaqənizin olduğunu bilirik. 1 milyon dollar versəniz, bu məsələni həll edə bilərik. Bu son şansınızdı. Yoxsa bizi bir daha tapa bilməyəcəksiz" deyərək, pul qopartmağa çalışan polislər hadisə zamanı saxlanılıb.

Həbs edilən polis məmurları A.D. Və R.M sorğuya alınıb. Onların doğurdan da FETÖ qruplaşması ilə əlaqəsinin olub olmadığı araşdırılır.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR