Maykl Onil: "Azərbaycanı məyus edəcək hücumçulara sahibik"

Maykl Onil: "Azərbaycanı məyus edəcək hücumçulara sahibik"
11:37 31 May 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

Zədəli futbolçuların çox olması məni narahat edir. Xüsusən də, Konor və Ceymi seçmə mərhələnin Norveçlə son matçını yüksək səviyyədə keçirmişdilər. Azərbaycanla vacib qarşılaşma öncəsi onların yoxluğuna çox üzülürəm.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.

DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində iyunun 10-da Azərbaycan millisinin qonağı olacaq Britaniya təmsilçisi Bakıya ciddi itkilərlə gələcək. Belə ki, Konor Vaşinqton, Ceymi Uord və Uill Qriqq müxtəlif səbəblərdən çağırılmayıblar.
 
Bununla bağlı yerli mətbuata danışan Onil yenə də hücum xəttindəki rəqabətdən razıdı. O, millimizlə qarşılaşmada start heyətində şans verəcəyi forvardları da müəyyənləşdirib. Baş məşqçi iyunun 10-dakı görüşdə Liam Boys - Coş Maqennis tandeminə üstünlük verəcəyini vurğulayıb: "Kayl Lafferti formada deyil. Bu üzdən qol yollarında Boys və Maqennisə güvənmək olar. Xüsusən də, Boys əla formadadı. Magennisin təsir gücünü isə Azərbaycanla Belfastdakı matçda gördük. Bir neçə yüngül zədə alsa da, uğurlu mövsüm keçirdi. Coş mövsüm ərzində 10 qol vura bilər. Ancaq bizə əlavə güc qatacağına inanıram. Onun klubundakı durmundan məmnunam. Mərkəzdə və cinahlarda oynamaq bacarığı onu həmişə önəmli simaya çevirir. Digər hücumçumuz Şey Makkartan gənc və təcrübəsizdi. Amma ehtiyac olarsa, ona da şans verəcəm. Azərbaycanla matçda rəqibi məyus edəcək, qələbə qollarını vuracaq gücdə hücumçulara sahibik".
 
Maykl Onil dəvət edilənlər arasında da zədəli oyunçuların olduğunu söyləyib. Bununla belə, çalışdırıcı bu məsələyə də nikbin baxır: "Qaret Makaulinin hazırkı durumundan narahatıq. Ancaq inanıram ki, Azərbaycanla oyuna qədər tam sağalacaq və komandaya kömək edə biləcək. O, Yeni Zelandiya ilə görüşü buraxacaq. Daha bir həftə klubunda qalmasını qərara aldıq. Çünki orda müalicəsi sürətlə gedər. Kreyq Katkart da analoji problemlə üzləşib. O, bərpa dövrünü klubunda keçir. Kreyqin də Azərbaycanla görüşə qədər sağalacağına ümid edirəm".
 
Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR