"Qarabağ" klubunu gözləyənlər...

"Qarabağ" klubunu gözləyənlər...
11:42 31 May 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

Bir neçə gün öncə başa çatan Çexiya çempionatında "Slaviya"nın qalib gəlməsi "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki taleyinə aydınlıq gətirdi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, həmin raundun püşkü zamanı səpələnmişlərdən olacaq Ağdam təmsilçisini heç də asan rəqiblər gözləmir.

Düzdü, III təsnifat mərhələsinin püşkü iyulun 14-də atılacaq. Bu üzdən indidən mülahizələr yürütmək çətindi. Bununla belə, müəyyən məqamlar indidən bəllidi.
 
II təsnifat mərhələsinin ilk oyunlarından sonra keçiriləcək püşkatmada 37 komanda iştirak edəcək. Tədbirdə səbətlərə 3 klub və 17 cütlük yer alacaq. Cütlüklər daha güclü komandanın əmsalına görə səpələnəcək.
 
Səpələnmişlərdə "Olimpiakos" və 9 cütlük qərarlaşacaq. "Zəiflər" arasında "Slaviya", "Vitorul" və 8 cütlük olacaq. Bunlar da "Qarabağ"ın yer aldığı cütün, bir sözlə təmsilçimizin də potensial rəqibləridi. Bu "onluq"dan 9-u dəqiqləşib. Çempionumuzla görüşməsi mümkün olan 2 klub və 7 cütlüyün favoriti bəllidi.
 
Düzdü, burada "asan yem" sayıla biləcək "Hafnarfyordur" da var. Lakin digərləri - mübarizəyə bu mərhələdən başlayan "Slaviya" və "Vitorul" da, "Astana", "Partizan", "Hapoel", "Riyeka"  də ciddi rəqiblərdi. Əslində, "Şerif" və "Rusenborq" keçiləsi rəqiblərdi. Amma onlara da yuxarıdan aşağı baxmaq olmaz.
 
"Qarabağ"ın yer aldığı cütün potensial rəqibləri
"Astana"nın (Qazaxıstan) yer aldığı cüt
"Partizan"ın (Serbiya) yer aldığı cüt
"Riyeka"nın (Xorvatiya) yer aldığı cüt
"Rusenborq"un (Norveç) yer aldığı cüt
"Şerif"in (Moldova) yer aldığı cüt
"Hapoel"in (Beyer Şeva, İsrail) yer aldığı cüt
"Slaviya" (Çexiya)
"Hafnarfyordur"un (İslandiya) yer aldığı cüt
"Vitorul" (Rumıniya)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR