Musiqili Teatrda “Mənim günahım” tamaşası nümayiş etdirilib

Musiqili Teatrda “Mənim günahım” tamaşası nümayiş etdirilib
12:02 31 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ Xalq artisti Şükufə Yusupova ad gününü Musiqili Teatrda qeyd edib.
Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlunun "Report"a verdiyi məlumata görə, aktrisa mayın 30-da xalq yazıçısı İlyas Əfəndiyevin məşhur “Mənim günahım” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərində tamaşaçı qarşısına çıxıb. 
Səhnə əsərində rolları Şükufə Yusupova ilə yanaşı, əməkdar artist İlham Hüseynov və gənc balet ifaçısı Cəlalə Novruzlu ifa ediblər.
Tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.







Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/musiqili-teatrda-menim-gunahim-tamasasi-numayis-etdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR