"Azərbaycanı Avroliqada təmsil edəcək klubdan təklif almışam"

"Azərbaycanı Avroliqada təmsil edəcək klubdan təklif almışam"
12:07 31 May 2017
27 İdman
Ölkə mətbuatı
A- A+

"Zirə"nin sabiq futbolçusu Nelson Bonilya Azərbaycandan təklif alıb. Fanat.Az xəbər verir ki, bu barədə salvadorlu hücumçunun özü yerli mətbuata müsahibəsində bildirib.


27 yaşlı forvard Avropa Liqasında çıxış edəcək klubun onunla maraqlandığını açıqlayıb: "Hazırda istirahət etmək istəyirəm. Çünki çox ağır mövsüm keçirmişəm. Təklif üzərində bir müddət sonra düşünəcəyəm".


Ölkəsində  geniş müsahibə verən Bonilya Azərbaycan çempionatının səviyyəsindən də danışıb: “Çoxları Azərbaycan çempionatının zəif olduğunu düşünür. Ancaq Azərbaycan futbolu bizə 4 qol vuran Ermənistanla eyni səviyyədədi. İnsanlar danışa bilər, çünki onlar orda oynamayıblar. Ötən il elə çox təklifim yox idi. İndi isə Avropa Liqasına vəsiqə qazanan Azərbaycan klubundan təklif almışam. Amma hansı qərarı verəcəyimi bilmirəm və hələlik bu barədə düşünmək istəmirəm. Bir qədər istirahət etmək fikrindəyəm. Çünki ağır mövsümü geridə qoymuşam”.


Qeyd edək ki, Nelson Bonilya "Zirə"də 2015/16 mövsümündə 14 qol vurub. O, "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintanadan cəmi bir top geri qalaraq, bombardirlər siyahısında ikinci olub. Lakin Azərbaycandan ayrıldıqdan sonra Bonilya "Nasyonal"da 14 oyuna 2 qol vurub, "Qaziantep BB"də isə cəmi 3 matçda iştirak edib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycan-avroliqada-tmsil-edck-klubdan-tklif-almamquot-t58437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR