Bakı sakinləri, iki gün diqqətli olun!

Azərbaycana şimaldan – Rusiya ərazisindən hava kütlələrinin daxil olması ilə əlaqədar hava şəraiti qeyri-sabit olacaq.

Bunu Metbuat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

“Azərbaycana şimaldan – Rusiya ərazisindən hava kütlələrinin daxil olması ilə əlaqədar yaxın 2 gün ərzində Bakıda və Abşeron yarımadasında (Bu gün axşam və sabah) şimal küləyinin arabir güclənəcəyi müşahidə olunacaq. Rayonlarda isə qərb küləyinin güclənməsi və arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayın 1-dən 3-nə kimi yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə yağıntılar intensiv xarakter daşıyacaq”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR