Almaniya və daha 4 dövlət NATO-nun sammitinin İstanbulda keçirilməsinə qarşı çıxıb

Almaniya və daha 4 dövlət NATO-nun sammitinin İstanbulda keçirilməsinə qarşı çıxıb
12:17 31 May 2017
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ Almaniya, Fransa, Danimarka, Hollandiya və Kanada NATO-nun növbəti zirvə toplantısının 2018-ci ildə İstanbulda keçirilməsi təklifinə qarşı çıxıb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, rəsmi Ankara bu təklifi alyansın mayın 24-25-də Brüsseldə keçirilən sammitində irəli sürüb.
“Der Spigel” qəzeti yazıb ki, iki ölkə arasındakı mövcud böhranlı vəziyyətə görə Almaniya bu təklifin əleyhinə olub. “Die Welt”in məlumatına görə, NATO-nun üzvü olan digər dövlətlər bu təklifi dəstəkləyiblər. 
Məlumata görə, yekun qərar təşkilata üzv dövlətlərin müdafiə nazirlərinin bu ilin iyununda Brüsseldə keçiriləcək toplantısında qəbul olunacaq.
Qeyd edək ki, NATO-nun 29 üzvü var. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/almaniya-ve-daha-5-dovlet-nato-sammitinin-i-stanbulda-kecirilmesine-qarsi-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR