Terror aktında İran səfiri yaralandı

Terror aktında İran səfiri yaralandı
12:28 31 May 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışda İranın bu ölkədəki səfiri yaralanıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, məlumatı İranın “İatimad” qəzeti yayıb.

“İran səfiri Məhəmməd Reda Barhami yaralanıb. Səfirliyin binası ciddi zədələr alıb”, - nəşr yazıb.

Qalan diplomatlar və səfirlik əməkdaşları zərər çəkməyib.

Bu gün səhər saatlarında Kabilda Almaniya səfirliyinin binası qarşısında partlayış törədilib. Son məlumatlara görə, hadisə nəticəsində 90 nəfər ölüb, 380-i yaralanıb. Partlayış baş verən ərazinin yaxınlığında prezident sarayı və xarici səfirliklərin binaları, o cümlədən İran səfirliyi yerləşir. Polisin məlumatına görə, minalanmış avtomobil partladılıb.

Hadisəyə görə hələ heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR