Dünya üçün böyük təhlükə

İqlim dəyişiklikləri ilə əlaqədar təbii fəlakətlərin sayı ötən əsrin 80-ci illəri ilə müqayisədə 3 dəfə artıb.

Metbuat.az xəbər verir ki, Yer kürəsinin 1000 il əvvəl daxil olduğu orbit soyuqlaşma dövrünün başlamasını şərtləndirib. 19-cu əsrin ortalarında da Arktikada temperaturun 0,2 dərəcə soyuduğu elmə məlumdur. Ancaq 20-ci əsrin əvvəllərindən başlayaraq, Arktikada temperaturun tədricən 1,2 dərəcə yüksəlməsi baş verib.

Ekoloq Telman Zeynalov məsələ ilə bağlı Metbuat.az-a açıqlama verərək, iqlim dəyişikliyinin səbəblərindən danışıb:

“Yer kürəsi qlobal istiləşmə yox, qlobal soyuqlaşma prosesinə doğru gedir. Havalar tədricən soyumağa başlayır. Son zamanlar buzlaqların əriməsi müşahidə olunur. Buzlaqlar əridiyi zaman isə, okeanın səthi şirin su ilə dolur. Şirin su isə həmişə soyuq gətirir. Bu onun nəticəsidir”.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR