Azərbaycanlı məktəblilər suriyalı uşaqlara məktub yazıb hədiyyə göndərdilər - FOTO

Azərbaycanlı məktəblilər suriyalı uşaqlara məktub yazıb hədiyyə göndərdilər - FOTO
12:52 31 May 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı və Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 iyun - "Beynəlxalq Uşaqlar Günü" münasibəti ilə "Suriya uşaqları üçün ümidlər" adlı sosial kampaniyaya həyata keçirib.

"Böyük İpək Yolu"ndan Milli.Az-a verilən məlumata görə, kampaniya Suriyadan Türkiyənin müxtəlif ərazilərinə pənah gətirmiş uşaqlara həsr olunub.

Əsas məqsəd bu gün dünyada baş verən müharibələr və onun nəticələrindən əziyyət çəkən uşaqlara diqqət yönəltməkdir. Kampaniya çəriçəvində uşaqlar üçün lazımı əşyalar (geyim, oyuncaq və.s), məktəblilərin suriyalı həmyaşıdlarına yazdıqları məktublar toplanıb. Toplanmış əşyalar və məktublar İttifaqın Türkiyə təmsilçisi vasitəsilə ehtiyacı olanlara müvafiq şəkildə çatdırılacaq. 

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR