Ziyad Səmədzadə: “Başlıca məqsəd iqtisadi fəallığı artırmaqdır”

Ziyad Səmədzadə: “Başlıca məqsəd iqtisadi fəallığı artırmaqdır”
12:53 31 May 2017
Ölkə mətbuatı
A- A+

Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunun layihəsini müzakirəyə çıxarıb.

Publika.az xəbər verir ki, büdcə icrası haqqında deputatlara İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Komitə sədri qeyd edib ki, xarici borc ümümdaxili məhsulun 20,4 faizini təşkil edir. Onun sözlərinə görə, büdcə icrası zamanı nəzərdə tutulan xarici borclar vaxtında qaytarılıb. Həmçinin mədəniyyət, səhiyyə və digər sahələrdə islahatlar və inkişaf əldə edilib.

Ziyad Səmədzadə deyib ki, büdcə kəsiri 0,4 faiz olub və bu proqnoz göstəricisindən bir qədər azdır:

“Bizim gələcəkdə imkanlarımız o qədər genişlənə bilər ki, büdcə kəsirinin 1-2 faiz olmasına baxmayaraq, iqtisadi fəallığı artıra bilərik. Dövlət büdcəsinin icrası kifayət qədər kamildir. Ölkədə kifayət qədər münbit şərait yaradılıb. Biz ixrac potensialımızı artırırıq. Bu büdcəyə daha çox gəlir gətirə bilər. Bu gün başlıca məqsəd iqtisadi fəallığı, investisiya imkanlarını artırmaqdır. Bu gün Azərbaycan dünya miqyaslı layihələr həyata keçirir. Bütün bunlar büdcənin inkişafının artırılmasına xidmət edən layihələrdir”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/200789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR