Paytaxtda səfirliklərin önündə bomba partladı: 64 ölü, 320 yaralı - FOTOLAR

Paytaxtda səfirliklərin önündə bomba partladı: 64 ölü, 320 yaralı  - FOTOLAR
12:54 31 May 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

 

Əfqanıstanın paytaxtı Kabildə Almaniya səfirliyinin qarşısında partlayış qeydə alınıb.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, həmin ərazidə bomba yüklənmiş avtomobil partladılıb. Partlayış zamanı 80-dən çox adam  ölüb, 350-dən çox vətəndaş  yaralanıb.

 

Partlayış o qədər güclü olub ki, hadisə zamanı ətrafdakı 30-dan çox avtomobil darmadağın olub. Ərazidəki restoran və dükanlara da ziyan dəyib. Həlak olanların əksəriyyəti yerli vətəndaşdır.

Ölən və yaralılar arasında Almaniya səfirliyinin işçiləri yoxdur.

Qeyd edək ki, ərazidə İngiltərə, Almaniya, İran,  Hindistan və Fransa səfirlikləri də yerləşir. Hadisə zamanı Fransa səfirliyinin binasına da ziyan dəyib.

 

Hindistan və Fransa səfirliklərindən bildirilib ki, səfirlik işçilərindən hamısı salamatdır.

 

Terrorla bağlı ilkin şübhəli Taliban terror təşkilatıdır. Təşkilat yayda hücuma  keçəcəyini və ilk hədəf olaraq  ərazidəki xarici silahlı qüvvələrin olduğunu diqqətə çatdırmışdı.  Bildirək ki, Əfqanıstanda 8 min 400 ABŞ əsgəri xidmət göstərir. Həm də NATO çərçivəsində içərisində türk də olan 5 min əsgər var.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR