RF XİN: Xarici qüvvələr Rusiya-Azərbaycan münasibətlərinə təsir göstərə bilməz

RF XİN: Xarici qüvvələr Rusiya-Azərbaycan münasibətlərinə təsir göstərə bilməz
13:01 31 May 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elmira Tariverdiyeva - Trend:

Rusiyanın Azərbaycan və İranla münasibətləri dəyərlidir və xarici təsirlərə məruz qalmır.

Trend-in məlumatına görə, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan-Rusiya-İran əməkdaşlıq formatı ilə bağlı məsələni şərh edərkən deyib.

M.Zaxarova bildirib ki, xaricdən istənilən müdaxilə çətin ki Rusiyanın bu iki ölkə ilə münasibətlərinə təsir göstərə bilsin.

Xatırladaq ki, mart ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvanın Rusiya-Azərbaycan-İran üçtərəfli formatı çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bəyan etmişdi.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2760944.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR