MDB ölkələri əhalinin siyahıyaalınmasına hazırlaşır

MDB ölkələri əhalinin siyahıyaalınmasına hazırlaşır
13:02 31 May 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycanda əhalinin siyahıyaalınması nəticəsində əldə olunan məlumatlar həm ölkənin, həm də regionun gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi üçün aktual mənbə kimi istifadə oluna bilər."Report" xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov bildirib.
Onun sözlərinə görə, MDB ölkələrində əhalinin siyahıyaalınmasının 2020-ci il raunduna hazırlıq məsələlərində ən önəmli məqamlardan biri siyahıyaalınma ilə bağlı sorğu vərəqələrinin hazırlanmasına bu gün aktual olan məsələlərin daxil edilməsidir.
"Azərbaycanda əhalinin siyahıyaalınmasının 2019-cu il 1-10 oktyabr tarixlərində keçirilməsi müəyyən edilib. Bu, vərəqələrin hazırlanması MDB məkanında maksimum yanaşmanın yaranması, yəni ölkələr arasında müqayisələrin, hesablamaların aparılmasını mümkün edəcək",- deyə T.Budaqov qeyd edib.
Hazırda miqrasiya məsələlərinin önəmli mövzulardan biri olduğunu qeyd edən Komitə sədri deyib ki,ölkədə siyahıyaalınma zamanı miqrantların da nəzərə alınması əhəmiyyət kəsb edən məsələlərdəndir."Beynəlxalq strukturlar bu məsələni əhalinin siyahıyaalınmasına daxil etməyi təklif və ya tövsiyə edir. Lakin hələlik bununla bağlı yekun qərar yoxdur. Bu məsələ Avropada olduğu kimi Azərbayan üçün aktual deyil", - deyə DSK başçısı qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/mdb-olkeleri-ehalinin-siyahiyaalinmasina-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR