"Azərbaycan düşmənin mövqelərini darmadağın edəcək"

Mayın 30-da gecədən başlayaraq, mayın 31-i səhərədək Ermənistan ordusu iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə cəbhənin Tərtər, Ağdam və Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub.

Müdafiə Nazirliyi xəbərdar edib ki, Ermənistanın təxribatları təkrarlanarsa, Azərbaycan Silahlı Qüvvələri uzaq məsafədəki hədəfləri vuran artilleriya sistemlərini tətbiq etməklə düşmən müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrini atəşə tutacaq.

Bununla bağlı Metbuat.az-a açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirib ki, Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə döyüşmək əvəzinə məntəqələrimizi atəşə tutmaqla Azərbaycana təziq göstərir:

“Azərbaycan Müdafiə Nazirliyi bundan əvvəl də dəfələrlə xəbərdarlıq edib. Bildirilib ki, yaşayış məntəqələri atəşə məruz qalarsa, Azərbaycan düşmənin dərinlikdə yerləşən hərbi mövqelərini darmadağın edəcək. Biz bunun yaxın vaxtlarda da şahidi olduq.

Azərbaycan Müdafiə Nazirliyi bu bəyanatı ilə birldirməyə çalışır ki, Ermənistan çirkin və insanlığa yaraşmayan addımlarını atmaqda davam edərsə, bizim ordumuz onların dərinlikdə yerləşən mövqelərini məhv etmək məcburiyyətində qalacaq”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR