"Polat Alemdar" Fransada - FOTO

"Polat Alemdar" Fransada - FOTO
13:05 31 May 2017
Ölkə mətbuatı
A- A+

"Kurtlar Vadisi" serialının ulduzu Necati Şaşmaz da Kann Film Festivalına qatılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Françoiz Ozounun yeni "L'amant Double" filminin qala gecəsinə dəvət alan aktyor orada fanatlarının diqqətini çəkib.

O, daha sonra Lynee Remseyin "You Were Never Really Here" adlı filminin təqdimatında Orta Şərq mediasına açıqlama verib. O, "Kannda yarışan filmləri izləmək və müxtəlif toplantılara qatılmaq üçün gəldim. İndi də "Kurtlar Vadisi Vatan"ın çəkilişləri üçün İstanbula qayıdacağam" deyib.

Qeyd edək ki, Kann Film Festivalında Bensu Soral, Məryəm Uzerli və Fahriye Evcen də iştirak etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR