Bakıda MDB ölkələri Statistika xidmətləri rəhbərləri Şurasının iclası keçirilib

Bakıda MDB ölkələri Statistika xidmətləri rəhbərləri Şurasının iclası keçirilib
13:07 31 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycanın sədrliyi ilə MDB iştirakçısı olan dövlətlərin Statistika xidmətləri rəhbərləri Şurasının növbəti, 57-ci iclası keçirilib.
"Report" xəbər verir ki, iclasda Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov, MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Vladimir Sokolin, Qazaxıstan Statistika Komitəsinin sədri Nurbolat Aydapkelov, Moldova Milli Statistika Bürosunun baş direktoru Vitali Valkov, Rusiya Dövlət Statistika Federal Xidmətinin rəhbəri Aleksandr Surinov, Belarus Milli Statistika Komitəsi sədrinin müavini Janna Vasilevskaya, Qırğız Milli Statistika Komitəsi sədrinin müavini Baisbek Qasımbekov, Tacikistan Statistika Agentliyi direktorunun müavini Qiyomiddin Davlatzoda iştirak ediblər.
Şuranın iclasında MDB dövlətlərində əhalinin siyahıyaalınmasının 2020-ci il mərhələsinə hazırlığın gedişatı, Birliyin statistika xidmətlərinin BMT sisteminin ixtisaslaşdırılmış qurumları ilə qarşılıqlı əlaqələri, MDB-də rəsmi statistika sahəsində əməkdaşlıq məsələləri üzrə sənədlərin inventarizasiyası haqqında məsələlər nəzərdən keçirilib.
Şurada MDB iştirakçısı olan dövlətlərin Statistika xidmətləri rəhbərləri Şurasının və MDB Dövlətlərarası Statistika Komitəsinin 2016-cı işi haqqında hesabatı və 2018-ci il üçün işlər Proqramına baxılıb və təsdiq edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-mdb-olkeleri-statistika-xidmetleri-rehberleri-surasinin-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR