Müğənni Damla HİDDƏTLƏNDİ: “10 ildir atasız uşaq böyüdürəm”

Müğənni Damla HİDDƏTLƏNDİ: “10 ildir atasız uşaq böyüdürəm”
13:18 31 May 2017
189 Şou
Ölkə mətbuatı
A- A+

“Nədir bu içinizdəki qara düşüncələr? Niyə məni mühakimə etməkdə çox rahatsınız? Niyə bəxtəvərsən deyib, ağzınıza gələni yazırsınız? İllərdir atam ürək çatızmazlığından əziyyət çəkir. Hər gün onu itimək qorxusu ilə yaşayıram”.

Publika.az xəbər verir ki, bu sözləri haqqında xoşagəlməz xəbərlər yayılan müğənni Damla instaqramda yazıb. Son illərdə böyük populyarlıq qazanan sənətçi onun ünvanına təhqiramiz ifadələr işlədən şəxslərə müraciət edib:

“Artıq 10 ildir ki, atasız uşaq böyüdürəm. Tək başıma arxasız, köməksiz qadınlığımla hər işin dalınca özüm qaçıram. Anam illərdir gözü yaşlıdır. Budurmu bəxtəvərlik? “Bəxtəvər, ev almısan” yazırsınız. Sizin cibinizdənmi oğurladım? Ərinizin çörəyinimi yeyirəm? Hər gün hədiyyələr gəlir kefdəsən yazanlar heç düşünürmü o geyimlərə mənim də göz yaşım düşür? Yaxtığınız böhtanlara görə vicdanınız necə rahatdır? Gecə necə yata bilirsiniz? Mənə bu zirvəni yaşadan Allahdır. Allahla Allahlıqmı edirsiniz? Qəlbinizdə Allah qorxusu yoxdur? Bilib-bilmədən danışmaq bu qədərmi asandır? Saatlarla dikdaban ayaqqabıda məclis idarə etmək, insanların kaprizlərinə dözmək, gecə saatlarında bloka qorxa-qorxa girmək bəxtəvərlikdir? Allah xatirinə susun! Vicdanınız varsa susun! Ramazan günündə bu qədər günahımı almayın. Heç kimin ahını almayın. Mənim yuvamı yıxıblar, övladım atasızdır. O çarəsizliyi heç bir qadına yaşatmaram. Bu gündən mən də şərhləri bağlayıram. Haqqımda danışan insanları Allaha tapşırıram”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/200792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR