Azərbaycan Ordusunun motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başlayıb (FOTO)

Azərbaycan Ordusunun motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başlayıb (FOTO)
13:22 31 May 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində ƏİK Ortaq Qüvvələr Birliyinə bəyan etdiyi motoatıcı taborunun növbəti dəfə 2-ci səviyyəli NATO qiymətləndirmə təlimi başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan ƏİK taboru 2014-cü ildə 2-ci səviyyəli NATO qiymətləndirmə təlimini müvəffəqiyyətlə keçmiş və NATO-nun “Döyüşə hazır” sertifikatını almışdı. Hazırda seritifikatın təsdiq edilməsi məqsədilə Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təliminə Silahlı Qüvvələrin 700 nəfərə yaxın şəxsi heyəti, 80-dək hərbi texnikası və 4 helikopteri cəlb olunub.

Taborun qiymətləndirilməsi çoxmillətli qiymətləndirmə heyəti tərəfindən həyata keçirilir və NATO-nun Quru Qoşunları Komandanlığını təmsil edən Müşahidə Heyəti tərəfindən müşahidə olunur.

Təlim iyunun 2-dək davam edəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2760981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR