Azərbaycan Ordusu NATO qiymətləndirməsi üzrə TƏLİMƏ BAŞLADI - FOTO

Azərbaycan Ordusu NATO qiymətləndirməsi üzrə TƏLİMƏ BAŞLADI - FOTO
13:23 31 May 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində Azərbaycan Respublikasının Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində ƏİK Ortaq Qüvvələr Birliyinə bəyan etdiyi motoatıcı taborunun növbəti dəfə 2-ci səviyyəli NATO qiymətləndirmə təlimi başlayıb.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlikdən bildirilib ki, Azərbaycan ƏİK taboru 2014-cü ildə 2-ci səviyyəli NATO qiymətləndirmə təlimini müvəffəqiyyətlə keçib və NATO-nun “Döyüşə hazır” sertifikatını alıb. Hazırda seritifikatın təsdiq edilməsi məqsədilə Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təliminə Silahlı Qüvvələrin 700 nəfərə yaxın şəxsi heyəti, 80-dək hərbi texnikası və 4 helikopteri cəlb olunub.
Taborun qiymətləndirilməsi çoxmillətli qiymətləndirmə heyəti tərəfindən həyata keçirilir və NATO-nun Quru Qoşunları Komandanlığını təmsil edən Müşahidə Heyəti tərəfindən müşahidə olunur.
Təlim iyunun 2-dək davam edəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/200797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR