Maşın ata-anasının gözü önündə uşağı vurub, kanala atdı - DƏHŞƏTLİ VİDEO

Maşın ata-anasının gözü önündə uşağı vurub, kanala atdı - DƏHŞƏTLİ VİDEO
13:38 31 May 2017
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hadisə Hindistanda baş verib.

Publika.az xəbər verir ki, təhlükəsizlik kameralarına düşən görüntülərdə valideynlərin 2 uşaq ilə yolu keçməyə hazırlaşdığı görünür.

Bu zaman ananın nəzarətsiz qoyduğu uşaq bir anda sürətlə gələn avtomobilin yoluna çıxır. Sürətli hərəkət edən avtomobil uşağı vurub, yol kənarındakı su kanalına atır. Başları qarışıq olan ata-ana bir neçə dəqiqə sonra qəzanın fərqinə varır.

Kanala düşən uşağın arxasınca qaçan valideynlər bu dəfə də o biri uşağı diqqətdən kənarda qoyurlar. Daha sonra ana geri qayıdaraq yolun bu üzündəki uşağı götürüb digər tərəfə keçirdir.

Sosial şəbəkələrdə paylaşılan video insanların qəzəbinə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/video/200772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR