Moldovanın müdafiə naziri istefa verdi

Moldovanın müdafiə naziri istefa verdi
13:42 31 May 2017
36 Dünya
Ölkə mətbuatı
A- A+

Moldovanın müdafiə naziri vəzifəsini icra edən Georgi Qalbur istefa verib.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı Moldovanın Müdafiə Nazirliyi yayıb. 
İnformasiyaya əsasən, 2016-cı ildə Anatoli Şalaru müdafiə naziri vəzifəsindən getdikdən sonra onun səlahiyyətlərini birinci müavini Georgi Qalbur icra etməyə başlayıb.

Moldova prezidenti İqor Dodon hələlik G.Qalburun istefasını qəbul etməyib. Dövlət başçısı istefanı təsdiqləyənədək, o, vəzifəsini icra edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Moldovanın hakim koalisiyasında təmsil olunan Liberal Partiyanın hökumətdəki başqa üzvləri də istefa verdiklərini bildiriblər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR