Elmira Rəhimovanın SON DURUMU

Elmira Rəhimovanın SON DURUMU
13:44 31 May 2017
111 Digər
Ölkə mətbuatı
A- A+

Uzun müddətdir səhhətində problem yaranan və efirlərdən uzaqlaşan xalq artisti Elmira Rəhimovadan xəbər var. Lent.az-ın məlumatına görə, aparıcı Hacı Nuran müğənni ilə fotosunu paylaşıb.

Aparıcı bildirib ki, E.Rəhimovanın həm özünün, həm də nəvəsinin səhhətində problem var:  “Elmira Rəhimovanın həm səsi, həm də özü üçün çox darıxmışdım, ona baş çəkdim. Məlahətli səs, gözəl ürək sahibi olan Elmira xanım gəlişimə çox sevindi. Xəstəlikdən danışmaq istəməsə də, onu söhbətə tutub səhhəti barədə məlumat əldə etdim. Sən demə, sevimli müğənnimizin nəvəsi də ağır xəstəlikdən əziyyət çəkir. Bir sözlə, gəncliyini, yaradıcılığını, gözəl səsini, istedadını bizlərdən, öz xalqından əsirgəməyən sənətçimizin indi bizə, bizim sevgimizə və dəstəyimizə ehtiyacı var. İnanıram ki, onu sevənlər 999 nömrəsinə sms göndərməklə xalq artistinə dəstək olacaqlar. Elmira xanımın özünün səhhəti və nəvəsinin sağlıq problemi barədə “Həyat” verilişində ətraflı söz açmağı nəzərdə tutmuşuq”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275836

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR