31 may - "Memarlıq kraliçası" Zaha Hadid günüdür

31 may - "Memarlıq kraliçası" Zaha Hadid günüdür
13:47 31 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ 31 may tarixi dünyada "memarlıq kraliçası" Zaha Hadid günü kimi qeyd edilir.
"Report" xəbər verir ki, "Google" şirkəti mayın 31-də tematik təsvirini bu məşhur britaniyalıya həsr edib.
İraqda anadan olan Britaniya vətəndaşı Z.Hadid 2014-cü il mayın 31-də dünya tarixinə memarlıq sahəsində ən nüfuzlu mükafat olan Pritsker mükafatını alan ilk qadın kimi düşüb.
O, həmçinin məşhur Britaniya memarlıq mükafatı "Stirlinq", eləcə də Britaniya Kral Memarlıq İnstitutundan kral qızıl medalı ilə təltif olunub.
1979-cu ildə Z.Hadid özünü "Zaha Hadid Architects" memarlıq şirkətini yaradıb və unikal layihələri ilə dünyada tanınıb.
Z.Hadid yaradıcılıqla 1997-ci ildən, memarlıq layihəsinin işlənib hazırlanmasında yaxından iştitak etdiyi Bilbaoda Quggenheym muzeyinin bərpa işlərindən sonra maraqlanmağa başlayıb. 2003-cü ildə isə ABŞ-ın Sinsinnati şəhərində Rozental Müasir İncəsənət Mərkəzinin tikintisində iştirak etdikdən sonra Z.Hadid daha da məşhurlaşıb, onun ideyalarına tələbat artıb.
Z.Hadidin layihələri olan tikililər dünyanın müxtəlif yerlərində ucaldılıb. Onlar orijinal formaları ilə dərhal diqqəti cəlb edir və yadplanetli məxluqlar kimi görünür. Memarın əsas işləri sırasına Bakıda Heydər Əliyev Mərkəzini, Honkonqda Politexnik Universiteti, Belqradda "Beko Masterplan" çoxməqsədli kompleksi, Ər-Riyadda qızıl metro stansiyasını, Makaoda 40 mərtəbəli hoteli, Qlazqoda Riverssayd Nəqliyyat Muzeyini aid etmək olar.
Z.Hadid 2016-cı ildə 65 yaşında vəfat edib. O, Mayamidə klinikada ürəktutmadan dünyasını dəyişib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/31-may-memarliq-kralicasi-zaha-hadid-gunudur-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR