Əli Məsimli: "Büdcəyə əlavə yüz milyonlarla vəsait daxil ola bilər"

Əli Məsimli: "Büdcəyə əlavə yüz milyonlarla vəsait daxil ola bilər"
13:47 31 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ "Hazırda Azərbaycanın xarici borcu ÜDM-in 20%-i həcmindədir. Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin bir qismini dövlətin öz üzərinə götürməsi isə bu rəqəmi 30%-ə çatdıracaq".
"Report"un verdiyi xəbərə görə, bunudeputat Əli Məsimli bu gün Milli Məclisin plenar iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, büdcənin formalaşmasında neft sektorunun rolu böyükdür. Onun sözlərinə görə, yaxın gələcəkdə neftdənkənar sahə büdcəyə neft qədər vəsait cəlbinə imkan yaratmaya bilər. Lakin islahatları dərinləşdirməklə bu çatışmazlığı aradan qaldırmaq olar.
Ə.Məsimli əlavə edib ki, struktur islahatları dərinləşdirmək, çevik idarəetmə strukturunu yaratmaqla, idarəetmənin səmərəliliyini artırmaqla korrupsiyanın ardan qaldırlmasına nail olmaqla, büdcəyə əlavə yüz milyonlarla vəsait daxil ola bilər.
Onun sözlərinə görə, son 10 ildə Azərbaycan Dövlət Neft Fondundan həm banklar vasitəsilə, həm də büdcəyə transfertlərlə iqtisadiyyata vəsait qoyuluşu 200 mlrd. manatdan çox olub: "Bu, yeni Azərbaycan qurmaq üçün yetərli idi. Amma həmin vəsaitin istehsalla əlaqəsi zəif olduğuna görə, büdcəyə əlavə vəsait daxil olmur".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/eli-mesimli-budceye-elave-yuz-milyonlarla-vesait-daxil-ola-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR