Azərbaycanda 15 yaşdan yuxarı siqaret çəkənlərin sayı

"Azərbaycanda ötən il 15 yaşdan yuxarı kişilərin 35,5 %-i siqaret çəkib".

Metbuat.az xəbər verir ki, bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev deyib. Onun sözlərinə görə, ölkədə ağciyər xərçəngindən ölən 35 yaşdan yuxarı kişilərin 85%-də tütünçəkmə ilə bağlı risk amilləri mövcuddur:

"Kişilərin 77%-i ictimai yerlərdə, qadınların isə 41%-i evdə tütün tüstüsünün təsirinə məruz qalır. 40% insan siqareti evdə çəkərək ailə üzvlərinə təhlükə törədir".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR