1 yaşlı uşağa bunu edərlərmi? - Üzünə günəş kremi sürtülən körpə yandı.. - FOTOLAR

1 yaşlı uşağa bunu edərlərmi? - Üzünə günəş kremi sürtülən körpə yandı.. - FOTOLAR
14:03 31 May 2017
Ölkə mətbuatı
A- A+

32 yaşlı ana Rebeka Cannon 14 aylıq qızının üzünü tanınmaz hala salıb.

Publika.az xəbər veri ki, 14 aylıq körpənin üzü günəş kremindən sonra bu hala düşüb.

Rebeka qızı Kayla ilə qardaşını ziyarətə gedərkən hər zaman istifadə etdiyi günəş kremini evdə unudub. Başqa birindən aldığı günəş kremini uşağın üzünə sürtən qadın, onun üzünü günəş şüalarından qorumaq istədiyini deyib.

Bir müddətdən sonra uşağın üzü qızarıb və şişməyə başlayıb. Bir gün sonra uşaq üzündəki şişdən gözlərini belə aça bilməyib.

Dərhal xəstəxanaya aparılan uşağa həkimlər tərəfindən ikinci dərəcəli yanıq diaqnozu qoyulub.

Dermatoloqlar Kaylanın üzündəki yanıqlara günəş kreminin tərkibində olan naməlum bir maddənin səbəb olduğunu deyib.

Hadisənin üstündən iki həftə keçməsinə baxmayaraq Kaylanın üzündəki şiş və qızartılar tam olaraq çəkilməyib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/200776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR