Avropa çempionatının təqvimi açıqlanıb

Avropa çempionatının təqvimi açıqlanıb
14:08 31 May 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Kişi boksçular arasında Ukraynanın Xarkov şəhərində keçiriləcək Avropa çempionatının təqvimi dəqiqləşib.

Boks Federasiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan millisinin də iştirak edəcəyi yarışda iyunun 16-20-də ilkin döyüşlər baş tutacaq.

“Lokomotiv” İdman Sarayında təşkil olunacaq çempionatda iyunun 21-də 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu döyüşlər iyunun 23-nə təsadüf edəcək. Yarışın son günündə - iyunun 24-də isə qaliblərin adları bilinəcək.

Qeyd edək ki, 10 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatında 44 ölkədən 400-dək idmançının iştirakı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2761016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR