Ərdoğan iftarını şəhid ailəsinin evində açdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iftarlarını şəhid ailəsinin evində açıb.

Metbuat.az xəbər verir ki, şəhid Cuma Dağın evində təşkil olunmuş iftar süfrəsində Enerji və Təbii Sərvətlər naziri Berat Albayrak və Ailə və Sosial Siyasət naziri Fatma Betül Kaya da iştirak edib.

Şəhid hərbçinin evindəki iftar süfrəsindən sonra Ərdoğan, xanımı və nazirlər 15 iyul hadisələrində şəhid olan polis rəisi Bülent Yurtseverin ailəsinə də baş çəkib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR