"İnter"dən 70 milyonluq təklif

"İnter"dən 70 milyonluq təklif
14:17 31 May 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

"İnter" "Torino"nun futbolçusu Andrea Belottiyə təklif göndərməyə hazırlaşır. Fanat.Az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.


Məlumata görə, "İnter" "Torino"ya bu transfer üçün 70 milyon avro və 3 futbolçusunu təklif edəcək. Milan klubu keçidin baş tutması üçün bütün imkanlarını səfərbər etmək niyyətindədi.


Qeyd edək ki, Andrea Belottini "Mançester Yunayted", "Çelsi" və "Arsenal" kimi dünya nəhəngləri də transfer etmək istəyir.


Belotti "Torino"ya 2015-ci ildə "Palermo"dan 8,4 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 30 milyon avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotnterquotdn-70-milyonluq-tklif-t58443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR