Klub prezidenti 5 il müddətinə futboldan kənarlaşdırıldı

Klub prezidenti 5 il müddətinə futboldan kənarlaşdırıldı
14:17 31 May 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

Ötən mövsümün nəticələrinə əsasən Fransa 1-ci Liqasında yerini qoruya bilməyən "Bastia" növbəti zərbəni alıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub prezidenti Pyer-Mari Jeronimi avtomobil icarəsi ilə bağlı şirkətinə qarşı açılmış cinayət işinə görə cəzalandırılıb. O, futboldan 5 il müddətinə uzaqlaşdırılıb. Jeronimi bu qərardan apellyasiya şikayəti vermək hüququna malikdir.

Fransalı funksioner 2014-cü ildə açılan araşdırmada vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurdu. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR