"Petlim"in II fazası iyunda təhvil veriləcək

"Petlim"in II fazası iyunda təhvil veriləcək
14:17 31 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ “Petlim” konteyner limanı layihəsinin II fazası bu ilin iyun ayında "APM Terminals" şirkətinə təhvil veriləcək. “Report” xəbər verir ki, bunu “SOCAR Turkey Enerji A. Ş.”-nin baş direktoru Zaur Qəhrəmanov bildirib.
"Bildiyiniz kimi, "Petlim"in I fazası bitib. Artıq 7-9 minlik konteyner gəmiləri limana gəlir. Layihənin II fazası iyunda tamamlanacaq", - deyə Z.Qəhrəmanov qeyd edib.
Onun sözlərinə görə, II faza da bitdikdən sonra "Petlim" Egey bölgəsinin ən böyük konteyner limanı olacaq. O, əlavə edib ki, liman tam istifadəyə verildikdən sonra 18 minlik konteyner gəmiləri limana yanaşa biləcək.
Qeyd edək ki, ötən il dekabrın 6-da “Petlim” konteyner limanına ilk konteyner gəmisi daxil olub. Bununla “Petlim”in I fazası fəaliyyətə başlayıb. I faza 2015-ci ilin sonunda tamamlanaraq "APM Terminals" şirkətinin idarəçiliyinə təhvil verilib. “Petlim Limancılık Ticaret A.Ş.” şirkətinin 1,5 mln. konteyner saxlama gücünə malik terminalın I mərhələsinin potensialı 800 min konteynerdir. “Petlim Limancılık Ticaret A.Ş.”də “Petkim Holding” 70%, ABŞ-ın “Goldman Sachs” investisiya bankı 30% paya malikdir. Liman hələ layihə mərhələsində olarkən konteyner terminalı "Maersk"in “APM Terminals” şirkəti tərəfindən layihə tamamlandıqdan sonra 28 il müddətində istismar edilməsi üçün müqavilə imzalanıb.
"Petlim" Türkiyə hökuməti tərəfindən dəstəklənən böyük ölçülü təşviq sənədi çərçivəsində dəstəklənir.
"Petlim" 450 mln. dollar investisiya ilə həyata keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/petlim-in-ii-fazasi-iyunda-tehvil-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR