Milli Məclis çimərliklərlə bağlı yeni tələblər nəzərdə tutan dəyişiklik layihəsini qəbul edib

Milli Məclis çimərliklərlə bağlı yeni tələblər nəzərdə tutan dəyişiklik layihəsini qəbul edib
14:22 31 May 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ Milli Məclisin çimərliklərlə bağlı yeni tələbləri nəzərdə tutan dəyişiklik layihəsini qəbul edib.
"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Torpaq Məcəlləsinə edilən dəyişiklik layihəsi müzakirə olunub.
Dəyişikliyə əsasən, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.
Məcəllədə dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır və ictimai çimərliklərin hüquqi aktların tələblərinə və normalara uyğun olaraq yaradılması tələb edir.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/milli-meclisin-cimerliklerle-bagli-telebleri-nezerde-tutan-deyisiklik-layihesini-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR