"İstanbul Prosesi"nə hazırlıq məsələləri müzakirə olunub

"İstanbul Prosesi"nə hazırlıq məsələləri müzakirə olunub
14:29 31 May 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstana səfəri çərçivəsində bu ölkənin prezidenti Məhəmməd Əşrəf Qani tərəfindən qəbul edilib.

XİN-dən Trend-ə verilən məlumata görə, A.Əzimov həmçinin, Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani və digər rəsmi şəxslərlə də görüşüb.

Görüşlərdə ikitərəfli siyasi dialoq və praktiki əməkdaşlıq məsələləri müzakirə olunub. Əfqanıstan rəsmiləri ölkədə stabilliyin yaradılması işinə Azərbaycanın verdiyi dəstəyin və "Asiyanın Ürəyi – İstanbul Prosesi"nə həmsədrliyinin yüksək qiymətləndirildiyini bildiriblər.

Səfər əsnasında A.Əzimov "Asiyanın Ürəyi – İstanbul Prosesi"nin səfirlər səviyyəsində görüşünə həmsədrlik edib. Sözügedən görüşdə bu ilin sonunda Bakıda keçiriləcək "Asiyanın Ürəyi – İstanbul Prosesi"nin Nazirlər səviyyəsində iclasına hazırlıqla bağlı məsələlər müzakirə olunub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2761028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR