Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitələr aşkar olunub

Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitələr aşkar olunub
14:37 31 May 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılaraq tibbi müəyinədən keçirilib.
Tibbi müayinə nəticəsində sözügedən vətəndaşın daxili orqanında (düz bağırsağında) iki ədəd bağlamada olmaqla, narkotik vasitələr - xalis çəkisi 222,565 qram heroin və xalis çəkisi 12,545 qram tiryək aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-vetendasinin-daxili-orqaninda-narkotik-vasiteler-askar-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR