Sentyabrda "Abşeron"da qazma işlərinə başlanıla bilər

Sentyabrda "Abşeron"da qazma işlərinə başlanıla bilər
14:42 31 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ "Sentyabrda "Abşeron" yatağında qazma işlərinə başlamağı planlaşdırırıq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Total" şirkətinin Azərbaycan üzrə direktoru Denis Lemarşal deyib.
D.Lemarşalın sözlərinə görə, yatağın işlənməsi ilə bağlı hələ heç bir qurumla müqavilə imzalanmayıb: "Danışıqlar prosesi gedir və biz hazırıq. Düşünürəm ki, yataqdan ilk qazı 2019-cu ilin sonunda alacağıq".
"Total" rəsmisi qazma işlərinin dəyərini açıqlamaqdan imtina edib: "Qazma işlərinin ümumilikdə 15 ay çəkməsi gözlənilir. İlkin fazada qazın daxili tələbatı ödəmək üçün istifadə edilməsi planlaşdıırlır. Yataqdan ildə təxminən 1,5 mlrd. kubmetr qaz hasil etməyi düşünürük. Tapılan qaz 6 000-7 000 metr dərinlikdədir, bu isə çox dərindir".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/sentyabrda-abseron-da-qazma-islerine-baslanila-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR