"Trend" İslamiadanın işıqlandırılmasında MOK tərəfindən “Ən yaxşı informasiya agentliyi” elan edildi (FOTO)

"Trend" İslamiadanın işıqlandırılmasında MOK tərəfindən “Ən yaxşı informasiya agentliyi”  elan edildi (FOTO)
14:43 31 May 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov - Trend:

Milli Olimpiya Komitəsində (MOK) Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilmiş “Zəfər günləri” layihəsini fəal şəkildə işıqlandıran KİV və digər təşkilatların nümayəndələrinin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, mükafatlandırma müxtəlif nominasiyalar üzrə keçirilib.

Trend Beynəlxalq İnformasiya Agentliyi “Ən yaxşı informasiya agentliyi” nominasiyasında mükafata layiq görülüb.

Mükafatlandırma mərasimində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev iştirak ediblər.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilib.

“Zəfər günləri” layihəsi ilk dəfə 2015-ci ildə keçirilmiş Birinci Avropa Oyunları zamanı azərbaycanlı idmançıların uğurlarının şərəfinə təşkil edilmişdi.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2761033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR