1 milyard insan bu səbəbdən ölə bilər

"Tütün tüstüsünün yaratdığı xəstəlikdən dünyada hər il 6 milyondan çox insan vəfat edir (10 faiz passiv tütünçəkmədən)”.

Metbuat.az xəbər verir ki, bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev deyib.

Onun sözlərinə görə, bunlardan 10 faizi passiv tütünçəkmədən ölür. Dünya əhalisinin 30 faizi siqaret çəkir. Tütün çəkən insanların 80 faizdən çoxu aşağı və orta gəlirli ölkələrdə yaşayır. Dünyada uşaqların 50 faizi tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır. İş yerlərində tütün tüstüsünün təsiri nəticəsində dünyada hər il 200 min insan həlak olur.

T. Musayev əlavə edib ki, 20-ci əsrdə 100 min insan tütündən ölüb. 2030-cu ilədək ölənlərin sayı ildə 8 milyondan çox olacaq. 21-ci əsrdə 1 milyard insan tütündən ölə bilər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR