Rusiyadan Azərbaycana gətirilən qarğıdalı və buğdada təhlükəli xəstəliklər aşkarlandı

Rusiyadan Azərbaycana gətirilən qarğıdalı və buğdada təhlükəli xəstəliklər aşkarlandı
14:50 31 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Rusiyadan Azərbaycana gətirilən böyük miqdarda qarğıdalı və buğdada Yovşan yarpaqlı ambroziya (Ambrosia artemisiifolia Linnaeus) və Üçdilimli ambroziya (Ambrosia trifida Linnaeus) aşkarlanıb.

Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.

Onun sözlərinə görə, qeyd edilən xəstəliklər “Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısı”na daxildir:

“Həmin yüklər artıq saxlanılıb və müvafiq tədbirlər həyata keçirilir. Yəqin ki, bununla bağlı Rusiya tərəfinə rəsmi məlumat veriləcək".

C.Quliyev deyib ki, Rusiyadan gətirilən qarğıdalının çəkisi 1 ton 500 kq-a yaxındır:

"Həmin məhsul Azərbaycana “Giləzi quşçuluq” şirkəti tərəfindən gətirilir. Bu, ərzaq qarğıdalısıdır, amma yəqin ki, quşçuluqda yem kimi istifadə edilir. Amma aşkarlanmış yovşan yarpaqlı ambroziya karantin növü olduğu üçün belə qarğıdalının ölkəyə gətirilməsi qadağandır”.

C.Quliyev əlavə edib ki, Azərbaycana Rusiyadan gətirilən və karantin tətbiq edilən zərərli orqanizmin aşkarlandığı buğdanın çəkisi 2 ton 300 kq-dır:

“O, Azərbaycana ölkəmizdəki dəyirmanlardan biri tərəfindən ün üyüdülmək məqsədilə gətirilir".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2760955.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR