Vətəndaşlıq haqqında qanuna dəyişiklik edildi

Vətəndaşlıq haqqında qanuna dəyişiklik edildi
14:57 31 May 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan vətəndaşlığına qəbul, bərpa və vətəndaşlıqdan çıxma ilə bağlı qaydalara dəyişiklik edilir, dövlət rüsumunun ödənilməsi şərtləri dəyişdirilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun 14-cü (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul), 15-ci (Azərbaycan Respublikasının vətəndaşlığına bərpa) və 17-ci (Azərbaycan Respublikasının vətəndaşlığından çıxma) maddələrində dəyişiklik Milli Məclisdə müzakirəyə çıxarılıb.
 
Təklif edilən dəyişikliyə əsasən hər üç maddədə "Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir" sözləri "şəxs (vətəndaşlığa qəbul, bərpa və ya çıxma üçün müraciət edən - M.A.) tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi "Dövlət rüsumu haqqında" qanunla tənzimlənir" sözləri ilə əvəzlənir.
 
Layihə səsə qoyularaq qəbul olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR