Cərimələrin artırılması ilə bağlı dəyişikliklər qəbul olundu

Cərimələrin artırılması ilə bağlı dəyişikliklər qəbul olundu
14:59 31 May 2017
42 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsində bir sıra maddələr üzrə cərimələrin artırılmasını nəzərdə tutan layihə müzakirəyə çıxarılıb.
 
APA-nın məlumatına görə, layihəni Hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.
 
O qeyd edib ki, ötən müddətdə İnzibati Xətalar Məcəlləsinin yenidən hazırlanması buradakı cərimələrə yenidən baxılmasını zəruri edib. Komitə sədri bildirib ki, məcəllənin 17 fəslində cərimələr 2-3 dəfədən 20 dəfəyə qədər artırılır. 
 
Layihə səsə qoyularaq qəbul edilib. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275847

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR