“Arvad mənimdir, özüm bilərəm!” - Aytəni döyən futbolçu - FOTO

“Arvad mənimdir, özüm bilərəm!” - Aytəni döyən futbolçu - FOTO
15:14 31 May 2017
134 Digər
Ölkə mətbuatı
A- A+

 
“Neftçi”, “Turan” və MOİK-in sabiq futbolçusu nigeriyalı Erik Obidikenin azərbaycanlı həyat yoldaşı Aytən Obidikeni vəhşicəsinə döydüyü haqda xəbər yayılıb. 
 
Lent.az Qafqazinfo-ya istinadən bildirir ki, keçmiş müdafiəçi məsələyə aydınlıq gətirib.
 
O, həyat yoldaşı ilə arasında problem olduğunu, lakin mətbuatda yazılanların şişirdildiyini bildirib: “Yoldaşlımla aramda problemlər var. Amma bu yazılanlar qədər şişirdiləcək məsələ deyil. Aytəndən də soruşdum və dedi ki, heç kimə bu barədə danışmamışam. Hansı kişi deyə bilər evində problem olmur?! Dalaşmışıqsa da, arvad mənimdir, özüm bilərəm! Başqa adama problem yaratmamışam ki? Guya, azərbaycanlı kişilərlə arvadları arasında mübahisə, dava-dalaş olmur? Dalaşdığımız düzdür, amma bu qədər də yox”.
 
Qeyd edək ki, futbolçunun ailəsindəki qalmaqalla bağlı ilk xəbəri Lent.az yayıb. Polisə müraciət edən A.Ubidige bildirib ki, Səbail rayonu Səməd Vurğun küçəsində həyat yoldaşı, Nigeriya vətəndaşı Erik Samuel Ubidige mayın 29-da onu döyərək xəsarətlər yetirib. Xəsarətlərin dərəcəsini müəyyənləşdirmək üçün ekspertiza təyin edilib, araşdırma aparılır. Sözü gedən cütlüyün Rəvan və Mələk adında iki övladları var. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275848

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR