Fədayə Tacirlə sevgili olmasından danışdı: "Həmin vaxt ağ vərəq idim"

Fədayə Tacirlə sevgili olmasından danışdı: "Həmin vaxt ağ vərəq idim"
15:19 31 May 2017
138 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanlı müğənni Fədayə Laçın 6 il birgə duet ifa etdiyi həmkarı Tacir Şahmalıoğlu ilə sevgili həyatı yaşaması barədə danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan ifaçı bildirib ki, T.Şahmalıoğlu ilə sevgili olması xəbərinin mediada müzakirə olunmasını istəmir:  “Bura Azərbaycandır, balaca yerdir. Yalan danışmağın adı yoxdur, hamı bir-birini tanıyır. Biz Tacir bəylə 6 il çalışdıq. Bu, az müddət deyildi. Bu söhbətləri 20 il sonra gündəmə gətirdilər. Yəni həmin vaxt mənim 20-21 yaşım var idi. O yaşadıqlarım uşaqlıq illərimin ağ vərəq hissəsi idi. Tale, qismət idi. Amma indi bu barədə çox danışmıram. Çünki övladım mənə baxır. İndi mənim sevdiyim də, hər şeyim də oğlumdur”.

 

Daha sonra müğənni bildirib ki, heç vaxt 2-ci dəfə ailə qurmaz: “İlk ailəm uğursuz oldu, amma övladımın atası ilə görüşməyinə heç bir zaman qadağa qoymadım. Yenidən ailə qurmaq, oğluma ögey ata istəmədim. Çünki oğluma nəsə deyən olsa, mən həmin adamı döyərəm. İndi mənə evlilik təklifləri gəlir. Amma mən heç bir zaman qəbul etmərəm. Mən “heç vaxt” deyəndə, deyirlər ki, heç vaxt demə, çünki gələcəyi bilmək olmaz. Amma mən bu işə ömürlük heç vaxt deyirəm. Ailə qurmayacam”.

Qeyd edək ki, “Show time” verilişi həftənin çərşənbə axşamı saat 15:10-da “APA TV”-də Yalçın Uğurun təqdimatında yayımlanır.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275849

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR