Ölkənin ilk uşaq kanalından daha bir yenilik - Səyyad Əlizadə ilə birgə - VİDEO - FOTO

Ölkənin ilk uşaq kanalından daha bir yenilik - Səyyad Əlizadə ilə birgə - VİDEO - FOTO
15:22 31 May 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkənin ilk uşaq kanalı "ARB Günəş" 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə maraqlı bir layihəyə imza atıb.

Milli.Az xəbər verir ki, televiziya tanınmış müğənni Səyyad Əlizadə və gənc ifaçı Hüseyn Ağayevin ifa etdiyi "Sülh nəğməsi" adlı mahnıya klip çəkib. Mahnının sözləri və musiqisi Razim Paşayevə məxsusdur.

Klipdə uşaqlar musiqinin sədaları altında bir araya gələrək bütün dünyada sülhün bərqərar olması və müharibəsiz həyat üçün bəşəriyyətə səsləniblər.

Klipin çəkilişləri Bakı və Xaçmaz şəhərlərində aparılıb. Çəkilişlərdə respublikanın müxtəlif yaradıcı uşaq kollektivləri iştirak edib.

"Sülh nəğməsi" layihəsinin məqsədi cəmiyyətin gələcəyi hesab olunan uşaqların daha çox qayğı ilə əhatə olunmasına nail olmaq, onların əmin-amanlıq, sülh arzularını hər kəsə bəyan etməkdir. Çünki hazırda ölkəmiz də Ermənistanla müharibə şəraitindədir.

Ermənilərin 1992-1994-cü illərdə Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində  minlərlə uşaq həlak olub, 300 minə yaxın azyaşlı isə yaşadığı yerdən qaçqın düşüb. Bu gün də cəbhə xəttinə yaxın ərazilərdə yaşayan uşaqlar erməni təxribatları səbəbindən rahat yaşaya bilmir. "ARB Günəş" bu mövzuya həmişə həssaslıqla yanaşıb. Ötən il telekanal cəbhə xəttində yaşayan uşaqlara həsr olunan "Onlar uşaqlığını yaşaya bilmir" adı altında videoçarxlar hazırlayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ölkənin ilk uşaq kanalından daha bir yenilik - Səyyad Əlizadə ilə birgə


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR