Kabildəki partlayışı İŞİD törədib

Kabildəki partlayışı İŞİD törədib
15:22 31 May 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 90 nəfər çatıb, 380-dən çox yaralı var. Terror aktı zamanı İranın Əfqanıstandakı səfiri Məhəmməd Rəda Bəhrami, Yaponiya səfirliyinin iki əməkdaşı yaralanıb. Almaniya diplomatik nümayəndəliyinin əməkdaşının da yaralandığı, binanın mühafizəsi ilə məşğul olan əfqan polisin öldüyü bildirilir. Həmçinin, hadisə yerinin yaxınlığında yerləşən mehmanxanada qalan iki Qazaxıstan vətəndaşı da xəsarət alıb.
 
Güclü partlayış nəticəsində Almaniya, İran, Türkiyə, Yaponiya, Fransanın diplomatik nümayəndəliklərin binalarına ziyan dəyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR